PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

Pulsuz Tədrislərə Qoşulun

Beynəlxalq sertifikatlar ilə karyeranızda böyüyün.

RF Lifting nədir?

RF Lifting nədir?

Dərimiz bir yaşdan sonra zamana məğlub olur. Bu məğlubiyyətin əsas səbəblərindən biri, kollagen miqdarının azalması ilə əlaqəlidir ki, bu da özünü yeniləyə bilməyən dərinin qırışma və sallanmaya meylli hal almasına səbəb olu. İrəliləyən dəri sallanmaları və qırışları üçün estetik əməliyyatlar yeganə çıxış yolu olarkən, yeni başlayan dəri problemlərinə əməliyyatsız uyğun prosedur və düzgün zamanda müdaxilə ilə uzun müddətli daha gənc və dinamik görünümə qovuşmaq mümkündür. 

RF lifting əməliyyata ehtiyac olmadan 4 kHz-dən 300 MHz-dək olan radiotezliyin köməyi ilə aparılan, cihaz kosmetologiyasına aid olan kompleks cavanlaşdırma prosedurudur. Bu prosedur növü effektivliyi və ən əsası qeyri-invazivliyi sayəsində qısa müddətdə populyarlaşmışdır. 

Elektromaqnit impulsları, epidermis qatına keçərək, birləşdirici toxumaların köhnə və boşalmış kollagenlərini yığaraq, dərinin “kollagen karkasını” bərpa edir. Proseduranın nəticəsi demək olar ki, dərhal hiss olunur, buna qan dövranının yaxşılaşması, üz tonusunun və qırışların korreksiyası daxildir. 

RF liftinq cihazlarının əsasən 3 dərinlikdə təsir etmə qabiliyyətləri mövcud olur.

• Səthi – epidermisə təsir

• Orta – 2 sm dərinlik

• Dərin – 3 sm-yə qədər təsir

Effektin dərəcəsinə təsir edən əsas amillər bunlardır:

• Vakuum başlığının mövcudluğu

• Başlıq sayı və növləri

• Dərinin isidilməsinin tənzimlənməsi

Əməliyyatsız üz liftinqi bu gün reallıqdır. Bu üsul reabitalizasiya və keyitmə tələb etmir, demək olar ki, yan təsiri yoxdur. RF liftinqin qiyməti əməliyyatdan ucuz olduğu üçün ən çox tələbi olan prosedurdu. 

RF liftinq prosedurunda ən önəmli olan istifadə olunan cihazın keyfiyyəti və effektivliyidir. Müştərilərinizə daha keyfiyyətli xidmət göstərmək üçün bizi seçin və fərqi özünüz görün.

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik