PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

Sapphire ICE-X

Qiyməti:

Lazer Epilyasiyasında Qızıl Standart tək bir aparatda! Sapphire Ice X fərqli lazer dalğa uzunluğunu tək bir başlıqda birləşdirir və müxtəlif dərinliklərdə yerləşən tük folekullarını hədəfə alır. Bu cihazla fərqli dalğa uzunluğu sayəsində fərqli dəri və tük rənginə sahib olan pasiyentlərə ilin istənilən vaxtında rahatlıqla və təhlükəsiz şəkildə prosedur tətbiq etmək və maksimum effektivlik əldə etmək olur.

Daha Ətraflı Məlumat Üçün

Müraciət göndərildikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. 

25 Ay Daxili Kredit İmkanı

Ödənişsiz Təlim və Sertifikat

Ödənişsiz Çatdırılma və Quraşdırılma

Zəmanətli Xidmət və Təmir

Komplekt İşçi Otağı Seti Hədiyyə

Təsvir

Sapphire Ice X

Lazer Epilyasiyasında Qızıl Standart tək bir aparatda!

Pasiyentlərə optimal prosedurlar tətbiq etmək üçün Sapphire İce X texniki üstünlükləri:

  • -“Qızıl standart” 808nm diod lazer;
  • -Unikal içəridən quraşdırılmış ABŞ istehsalı soyutma;
  • -20Hz-ə qədər təkrarlama;
  • -ABŞ istehsalı olan bar;
  • -İtaliya istehsalı su nasosu;
  • -TUV (sertifikasiya qurumu) tərəfindən təsdiq edilmiş lazer enerjisi;
  • -Güclü parametrlər və peşəkar rejimə malik proqram.

 

Sapphire Ice X-in unikal parametrləri ilə siz:

  • -Pasiyentlərinizə qısa prosedur müddəti
  • -Olduqca rahat prosedurlar
  • -Optimal nəticələr
  • -I-VI dəri növü və tük rənginə uyğun dalğa seçiminə nail olursunuz.

 

Beləliklə, siz Sapphire İce X almaqla yatırdığınız investisiyanın sürətli qayıtmasına, pasiyentlərinizin məmnuniyyətinin artmasına, işlədiyiniz salonun prestijinin artmasına, heç bir keyidiciyə ehtiyac olmadan prosedurlar etməyə, prodesurların müddətini 45% azaltmağa, gəlirlərinizi artırmağa nail ola bilərsiniz.

Sapphire Ice X-in texnologiyası

Sapphire Ice X dörd lazer dalğa uzunluğunu tək bir başlıqda birləşdirir və müxtəlif dərinliklərdə yerləşən tük folekullarını hədəfə alır. Bu cihazla dörd fərqli dalğa uzunluğu sayəsində fərqli dəri və tük rənginə sahib olan pasiyentlərə ilin istənilən vaxtında rahatlıqla və təhlükəsiz şəkildə prosedur tətbiq etmək və maksimum effektivlik əldə etmək olur.

Niyə Sapphire Ice X?

Alex 755nm: nazik tüklərə və solğun dərilərə (I-III fototiplər) tətbiq olunur. Köhnə seanslardan qalan tükləri də çıxarır. Dəriyə daha səthi nüfuz etməklə, 755nm dalğa uzunluğu vasitəsilə tük folekulunu hədəfləyir və qaşlar və dodaq üstü kimi yerlərdə səthi şəkildə yığılmış tüklər üçün xüsusilə effektivdir.

Diod 808nm: bütün dəri fototiplərinə tətbiq etmək üçün tövsiyə olunur, xüsusən də böyük tük sıxlığı olan və ilk seansa gələn pasiyentlər üçün uyğundur. Dərin nüfuzetmə qabiliyyəti sayəsində tük folekulunu hədəf alır, orta toxuma dərinliyində,  yəni qollar, ayaqlar, yanaqlarda olan tüklərə və saqqala prosedur tətbiq etmək üçün idealdır.

Yag 1064nm: tünd fototiplər üçün nəzərdə tutulub (III-IV qaralmış, V və VI). 1064nm lazer dalğası tük folekuluna ən dərin nüfuz etmək iqtidarındadır, tük folekulunu hədəf alaraq əsasən baş dərisi, qoltuqaltı və qasıq kimi nahiyələrdə dərin kök salmış tüklərdən azad olmağa imkan verir.

Qarışıq dalğa uzunluqları: bütün fototiplərə (I-VI) prosedur tətbiq etmək üçün mükəmməldir. 808nm dalğasının absorbsiya (udma) effektivliyi, 755nm dalğasının enerji gücü və 1064nm dalğasının uzunluğu taraz və təhlükəsiz şəkildə tətbiq edilir. Bütün tük dərinliklərinə çatmaq və tünd dərilərə tətbiq etmək üçün idealdır.

Soyuducu Tutacaq: posedurdan əvvəl və sonra soyuducu tutacağı tətbiq oluna bilər. Temperatur tutacaqda tənzimlənir. Bu tutacaq ağrıları yüngülləşdirir, effekti artırır.

 

Maksimal sürət 20HZ olmaqla faktiki olaraq ağrısız prosedur

808nm dalğa uzunluğu olan diod lazer şüası dərinin dermis qatına dərindən nüfuz edərək bir saniyədə 10 impulsla tük folekulunu məhv edir. Sürətli rejim prosedurun ağrısız və sürətli olmasını təmin etmək üçün tük folekullarını tədricən lazımi yox olma həddinə çatdırmaq üçün nəzərdə tutulmuşdur.

Asan istifadəçi interfeysi və asan menyu

Prosedur üçün lazımi rejim seçimi asanlıqla edilir. Cihaz müxtəlif dəri tiplərinə, tük rənginə və bədən hissəsinə uyğun olaraq geniş prosedur seçiminə malikdir. Operator həmçinin fərdi istəyə uyğun olaraq prosedur parametrlərini də sərbəst təyin edə bilər.

Klinik Nəticə

Kliniki nəticələr göstərir ki, pasiyentlərin 95%-dən çoxunda 3-5 seans prosedurdan sonra tüklər 80%-dən çox azalır. Tüklər daha nazik və seyrək olur, azalır və daha gec uzanır. 1-2 seansdan sonra isə tüklər 30%-50% azalır. Əksər klinik hallarda tətbiq olunan orta enerji sıxlığı 10 j/sm²-dən 20 j/sm²-ə qədərdir və bu cür aşağı enerji potensial risklərin qarşısını alır.

Reviews

Hələ heç bir reytinq yoxdur.

“Sapphire ICE-X” haqqında ilk şərh yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Bu Məhsulda Sizə Özəl Endirim Var

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik