PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

QUARTET

Qiyməti:

4 başlıqlı 5 funksiyalı cihaz olaraq Almaniya istehsalı olan epilyasiya lampası ilə təchiz olunmuşdur. Çoxməqsədli və funksional olan bu cihaz geniş tətbiq imkanına malikdir və effektiv prosedurlar üçün əlverişlidir.

Daha Ətraflı Məlumat Üçün

Müraciət göndərildikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. 

25 Ay Daxili Kredit İmkanı

Ödənişsiz Təlim və Sertifikat

Ödənişsiz Çatdırılma və Quraşdırılma

Zəmanətli Xidmət və Təmir

Komplekt İşçi Otağı Seti Hədiyyə

Təsvir

Quartet çoxfunksiyalı epilyasiya cihazı epilyasiya prosedurlarından başqa 4 fərqli funksiyanı özündə ehtiva edir:

  • Dəri cavanlaşması.
  • Radio liftinq
  • Karbon pilinq
  • Tatu silmə

 

4 başlıqlı 5 funksiyalı cihaz olaraq Almaniya istehsalı olan epilyasiya lampası ilə təchiz olunmuşdur. Çoxməqsədli və funksional olan bu cihaz geniş tətbiq imkanına malikdir və effektiv prosedurlar üçün əlverişlidir. 10 dyumluq rəngli sensorlu ekrana, sadə menyuya və rahat əməliyyat sisteminə malik olan bu cihazın -3~2 °C soyutma özəlliyi ağrısız və təhlükəsiz prosedurlar üçün idealdır. Su səviyyəsi, su axını və suyun tənzimlənməsinin mümkün olması və nəzarətdə saxlanması cihazın ömrünü və təhlükəsizliyini xeyli artırır.

Lazer epilyasiya cihazları içərisində bir çox üstünlükləri ilə seçilən Quartet cihazı 6 dil seçimi və 2 əməliyyat rejimi ilə lazeroloqlar tərəfindən ən çox seçilən məhsullardandır. Yeni istifadəçilər üçün asan rejimi və peşəkarlar üçün professional rejimi mövcuddur. Analoqlarından fərqli olaraq başlıqları yüngül olduğu üçün cihazdan istifadə edənləri yormur. Hər başlıq gücünü ayrı sistem blokundan götürür. Buna görə də hansısa başlıqda problem yaranarsa, cihazın işləməsinə mane olmur.

Cihaz hansı dəri tipləri üçün uyğundur?

Bütün dəri tipləri və ağ tüklərdən başqa bütün tük növlərində effektivdir.

Xüsusiyyətləri:

  •  Güc – 1200 Watt
  • 500000 zəmanətli atış sayı
  • Hər başlığın atış sayı 800000-dir
  • 4 başlıqda 5 biznes imkanı
  • Karbon pilinqdə fəsil məhdudiyyəti yoxdur
  • Cavanlaşma başlığı ilə həm cavanlaşma, həm də lazer etmək mümkündür

 
Quartet cihazının lazer başlığı haqqında

DPL HR başlığı (qızılı): epilyasiya funksiyasını yerinə yetirir. DPL yeni nəsil E-light texnologiyasıdır, DPL dərinin cavanlaşması kimi də tanınan IPL-in yüksək səviyyədə təkmilləşdirilmiş versiyasıdır. O, 100 nm diapazonda dəqiq idarə olunan və melanin və hemoglobin tərəfindən səmərəli şəkildə udulan xüsusi dalğa uzunluğunda işıq yayır. İşığın selektiv təsiri tük follikulunun dərinliyinə nüfuz edir, oradakı melanin və germinal hüceyrələri seçici şəkildə məhv edir və bununla da epilyasiya effektinə nail olur. Arzuolunmaz tük, üz ləkələri və teleangioektaziya kimi problemləri tez və effektiv şəkildə həll edərək dərini parlaq və zərif edir.

 

Quartet cihazının foto cavanlaşma başlığı haqqında

DPL SR başlığı (gümüşü): dərinin cavanlaşması, aknenin aradan qaldırılması, piqmentasiyanın aradan qaldırılması, damarların müalicəsində effektivdir. Bu rejim dərinin səthini birbaşa işıqlandırmaq üçün geniş spektrli rəngli işıqdan istifadə edən qabaqcıl texnologiyaya malik prosedurdur. Bu prosedur dərinin dərinliyinə nüfuz edərək dərialtı piqmentlərə və qan damarlarına təsir göstərir, piqmentləri parçalayır, fotonlar da dərialtı kollagenin yayılmasını stimullaşdırır. Buna görə də dəriyə gündəlik qulluq üçün fotocavanlaşdırma ən yaxşı seçimdir. DPL SR başlığı ilə edilən prosedur ilə dərinin cavanlaşması, çillərin aradan qaldırılması, qırmızı qanın durulaşdırılması, aknenin aradan qaldırılması, dərinin ağardılması, yağlı dərinin yaxşılaşdırılması və s. effektinə nail olmaq olar.

 

Quartet cihazının RF başlığı haqqında

RF başlığı dərinin liftinqini təmin edir. 3 ölçüdə ucluğu var-37 nm, 30 nm və 22 nm. Ölçülər bədən hissələrinə uyğun istifadə olunur-boyun, üz, bud, qol, bədən qolqaltı vəs. Əsasən dəri liftinqi, dəri sıxlaşdırması, qırışların aradan qaldırılması üçün tətbiq olunur. Cihazın üzərində 3 RF ucluğu var: 1) bədən üçün böyük ucluq (37 nm)-dəri liftinqi üçündür; 2) orta ölçülü ucluq (30 nm)-üz üçün və dəri liftinqi üçündür, qırışların aradan qaldırılmasına təsir edir; 3) göz üçün kiçik ucluq (22 nm)-dəri liftinqi, qırışların aradan qaldırılması, qara dairələrin aradan qaldırılması üçündür. RF başlığı ilə edilən prosedurlar nəticəsində kollagen zülalının yaranması uzun müddət davam etdiyi üçün dəri incə və hamar olur, qırışlar azalır, dəri dartılır və yığcamlaşır.

 

Quartet cihazının tatu silmə və karbon peeling başlığı haqqında

ND Yag lazer başlığı 1064 nm, 532 nm, 1320 nm (black doll) dalğa uzunluğuna malikdir. 532 nm dalğa uzunluğu çillər, qaş və göz tatuları, bədən tatuları, dodaq tatusu, piqment, açıq qırmızı rəngli hörümçək toru damarları, həmçinin qəhvəyi və çəhrayı, açıq rəngli tatuları yox etmək üçündür. 1064 nm çillər, sarı-qəhvəyi ləkələr, qaş tatuları, uğursuz göz tatuları, bədən tatuları, doğum ləkələri, nevus ota, piqment və qocalıq ləkələri, qara və mavi nevus, tünd qırmızı, ümumən tünd rəgli tatuları silmək üçündür. 1320 nm dalğa uzunluğu böyük məsamələri aradan qaldırır, qara uqriləri yox edir, dərini sıxlaşdırır, ağardır və cavanlaşdırır. Ləkələrin aradan qaldırılması, tatuların silinməsi üçün xüsusi lazer dalğa uzunluğu epidermis və dermisdə olan melaninə təsir edir. Piqmentlər bu yüksək enerjili lazeri udduqdan sonra şişməyə və kiçik hissəciklərə parçalanmağa başlayır. Onların bir hissəsi bədəndən atılır, digər hissə isə maddələr mübadiləsi ilə tədricən bədəndən xaric olunur. Bu başlıqla edilən prosedurlar dərini sıxlaşdırır, böyük məsamələri yığır. Belə ki, dəriyə nazik qat karbon maskası çəkilir, maska tamamilə məsamələrə yayıldıqdan sonra ND YAG lazer şüası vurulur. Nəticədə karbon hissəcikləri yanır və epidermisdə olan ləkələr parçalanır. İstilik kollagenin yenidən artmasını stimullaşdırır, dərini sıxlaşdırır və məsamələri daraldır. ND YAG başlığı ilə edilən prosedurlar ən mülayim lazer proseduru hesab edilir, çapıq və yara riski daşımır. Heç bir yan təsiri yoxdur, bərpa və sağalma müddəti tələb olunmur, pasiyent prosedurdan dərhal sonra işə qayıda bilər.

QUARTET üçün 1-ın qiymətləndirilməsi

  1. Elgun Qocayev

    Gozel aparatdir her kese tovsiyye edirem.

Qiymətləndirmək

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Bu Məhsulda Sizə Özəl Endirim Var

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik