PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

Sapphire Fraksional CO2 Lazer

Qiyməti:

Fraksion lazer cihazı ilə edilən prosedurlar dəri toxumasının yalnız bir hissəsini əhatə etdiyindən və yeni kiçik dəliklər üst-üstə düşmədiyindən, normal dərinin bir hissəsi olduğu kimi qalır, bu da dərinin bərpasını sürətləndirir. Pasiyentlər 4-5 gün ərzində normal həyata qayıda bilirlər. Prosedurun özü daha təhlükəsizdir və dərinin yenilənməsi, qırışların aradan qaldırılması üçün bütün bədənə tətbiq edilə bilər.

Daha Ətraflı Məlumat Üçün

Müraciət göndərildikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. 

25 Ay Daxili Kredit İmkanı

Ödənişsiz Təlim və Sertifikat

Ödənişsiz Çatdırılma və Quraşdırılma

Zəmanətli Xidmət və Təmir

Komplekt İşçi Otağı Seti Hədiyyə

Təsvir

Cihazın işləmə prinsipi

RF fraksional Co2 lazer texnologiyası ABŞ-da və bütün dünyada dəri kosmetologiyası sahəsində ən son texnologiya hesab edilir. İnvaziv və qeyri-invaziv cihazlar arasında yerləşən bir növ minimal invaziv apparat olan fraksional Co2 lazer yalnız invaziv müalicə kimi sürətli və aydın nəticələrə deyil, həm də qeyri-invaziv müalicə kimi daha az yan təsirlərə və daha qısa sağalma müddətinə malikdir. Bu o deməkdir ki, bu texnologiya ənənəvi texnologiyaların hər iki üstünlüyünü özündə birləşdirir. Bu cihaz dəridə bərabər şəkildə işarələnmiş kiçik dəliklər etməklə dərinin içərisində bir sıra biokimyəvi reaksiyaların baş verməsini təmin edir və nəticədə dərinin liftinqi və ləkə və piqmentlərin itməsi baş verir.

Fraksion lazer cihazı ilə edilən prosedurlar dəri toxumasının yalnız bir hissəsini əhatə etdiyindən və yeni kiçik dəliklər üst-üstə düşmədiyindən, normal dərinin bir hissəsi olduğu kimi qalır, bu da dərinin bərpasını sürətləndirir. Pasiyentlər 4-5 gün ərzində normal həyata qayıda bilirlər. Prosedurun özü daha təhlükəsizdir və dərinin yenilənməsi, qırışların aradan qaldırılması üçün bütün bədənə tətbiq edilə bilər. Dərinin sıxlaşdırılması, sızanaq və çapıqların aradan qaldırılması, melazmanın, yanıq izləri və əməliyyat izlərinin, travmatik çapıqların aradan qaldırımlası üçün ideal bir cihazdır. Müalicə olunmayan xloazmaları və piqmentasiyanı aradan qaldırır, dərinin günəş zədələnməsini bərpa edir.

Cihazın İstifadə Olunduğu Sahələr

  • Sidik qaçırma problemini aradan qaldırmaq və vaginal daralmanı təmin emək;
  • Kollagenin yığılması və yenidən formalaşdırılması;
  • Dərinin sıxlaşdırılması və liftinqi;
  • Məsamələri minimuma endirilməsi;
  • Piqmentasiya və yaş ləkələrinin aradan qaldırılması;
  • Qocalmış dərini və incə xəttləri yaxşılaşdırmaq;
  • Suçiçəyi, sızanaq, əməliyyatdan sonrakı çapıqlar, travma sonrası çapıqları müalicə etmək;
  • Epidermisdəki ölü hüceyrələri yox etmək;
  • Dəri toxumasını və dəri tonunu yaxşılaşdırmaq;
  • Xloazmanın aradan qaldırılması.

Cihazın Xüsusiyyətləri

  • Alman TUV Medical CE təsdiq edilmişdir. 10.6um dalğa uzunluqlu lazer. 50 watt system;
  • Bütün mümkün estetik prosedurlar üçün skan edilən müalicə modeli;
  • Cərrahi rejimdə Ultra puls, Super puls və Davamlı Dalğa rejimləri mümkündür;
  • Mikro ölçülü lazer şüaları buraxaraq dəriyə təsir edir, bu da güclü quruma və yüngül termal zədə yaradır;
  • Dərinin yenidən formalaşdırılması üçün fraksion şüa tənzimləmələrini özündə cəmləşdirən kiçik ölçülər dayanma müddətini azaldır və mümkün piqmentasiyanı və ağrıları minimuma endirir;
  • Xüsusi dizaynı tüstünü aradan qaldırır və pasiyentin rahatlığını artırmaq üçün prosedur zamanı soyutma effekti verir;
  • 7 cür prosedur forması. Lazer atışı zamanı skan ölçüsünün daha böyük və ya kiçik olması tənzimlənə bilir;
  • 3 Skanlama üsulu. Xüsusilə hiperpiqmentasiya riskini minimuma endirən maksimum məsafədən skan etmə metodu.

İstifadə Olunarkən Diqqət Olunması Gərəkən Məqamlar və Pasientlər.

  • Hamilə qadınlar;
  • Günəşdən qorunma;
  • İşığa və ya dərmana həssas olanlar və ya işığa həssas olan dərman preparatları qəbul edənlər;
  • 6 ay ərzində vitamin istifadəsi;
  • Prosedur tətbiq olunan bədən nahiyəsində bədxassəli patoloji dəyişikliklər olanlar;
  • Herpes və ya travma;
  • Şiddətli diabet xəstələri, yüksək təzyiqdən əziyyət çəkən və epilepsiya xəstələri.

Reviews

Hələ heç bir reytinq yoxdur.

“Sapphire Fraksional CO2 Lazer” haqqında ilk şərh yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Bu Məhsulda Sizə Özəl Endirim Var

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik