VİNTEX

intex lazer epilyasiya cihazı çox rahat proqram təminatına malikdir ki, bu da lazeroloqun səhv etmək ehtimalını xeyli azaldır. Cihaz daxili modul dizaynı və çoxsaylı proqramlaşdırma dillərinə malik olduğu üçün quraşdırılması, istifadə edilməsi və texniki servis göstərilməsi çox asandır. Bütün bu detallar kadrın işi tez öyrənməsini və əvəzolunmaz olmamasını təmin edir. Beləliklə, şirkət üçün kadrdan asılılıq halı yaranmır.

SKU: KM45VGHT Kateqoriya:

Təsvir

 

Bu cihaz optimal uzunluqda olan 808nm diod lazer şüası vasitəsilə tük folekullarının yerləşdiyi derma qatına nüfuz edərək arzuolunmaz tükləri yox edir. Cihazın iş prinsipi az enerji ilə tük folekulunda və onun ətrafındakı toxumalarda impulsların tez-tez təkrarlanmasına əsaslanır. Lazer impulsu melanin tərəfindən sorulur və istilik enerjisinə çevrilir, temperatur 45 dərəcəyə qalxır və həm folekulun özünü, həm də ətrafındakı toxumaları qızdırır. Tük folekulu tərəfindən sorulan istilik enerjisi onu məhv edir və yenidən böyüməsinin qarşısını alır.

Cihazın təqdim etdiyi üstünlüklər nələrdir?
Təhlükəsizdir: 808nm diod lazer işığı dərinin dərinliyinə nüfuz etməsinə imkan verir və digər lazerlərdən daha təhlükəsizdir, çünki dərinin epidermis qatındakı melanin piqmentindən yayına bilir.

Bütün dəri tiplərinə uyğunluq: Biz bu cihazı günəşdən qaralmış dəri də daxil olmaqla, bütün 6 dəri tipində olan tüklərin birdəfəlik yox olması üçün istifadə edə bilərik.

10 Hz təkrarlanma sürəti: 808nm diod lazer 10Hz-ə qədər (saniyədə 10 impuls) təkrarlama sürəti ilə işləməyə imkan verir. Böyük bədən hissələrində sürətli epilyasiya üçün idealdır.

Ağrısızdır: Lazer başlığı kontakt soyutma sistemi ilə təchiz edilmişdir. -5 dərəcəyə qədər soyuyan başlıqla pasiyent heç bir ağrı hiss etmir.

Asan istifadə: Vintex lazer epilyasiya cihazı çox rahat proqram təminatına malikdir ki, bu da lazeroloqun səhv etmək ehtimalını xeyli azaldır. Cihaz daxili modul dizaynı və çoxsaylı proqramlaşdırma dillərinə malik olduğu üçün quraşdırılması, istifadə edilməsi və texniki servis göstərilməsi çox asandır. Bütün bu detallar kadrın işi tez öyrənməsini və əvəzolunmaz olmamasını təmin edir. Beləliklə, şirkət üçün kadrdan asılılıq halı yaranmır.

Cihaz hansı dəri tipləri üçün uyğundur?
Bütün dəri tiplərində və ağ tüklərdən başqa bütün tüklərdə effektivdir.

Xüsusiyyətləri
Güc – Watt 1200
10 000 000 zəmanətli atış sayı
Alüminium yüngül lehimli qablaşdırma
Ekran 15 ” rəngli LCD sensorlu ekran

Başlığı bədənin hər nahiyəsi üçün uyğundur. Dizaynı və strukturu çox rahatdır. Ekranı istədiyiniz kimi qaldırıb aşağı endirə və ya sağa-sola yönünü dəyişdirə bilərsiniz. Menyuda qadın, kişi və nahiyə seçimi qeyd olunur. Və hər gün işlənilən nahiyəyə görə atış sayları statistikası qeyd olunur. Bu isə sahibkara lazeroloqun işini izləməyə imkan verir və iş prosesində şəffaflığı təmin edir.

Parametrlər

  • Lazer tipi – Diod lazer
  • Lazer dalğa uzunluğu – 808 nm
  • Çıxış gücü – 1500 vatt
  • Lazer enerjisi – 1200 vatt
  •  Ekran – 15″ rəngli sensor displey
  •  Lazer şüa ölçüsü – 12×20 kvadrat millimetr
  •  Lazer impulsunun eni – 8-685ms tənzimlənə bilər
  •  Enerji – 1-120 J/sm2 tənzimlənə bilər
  •  Tezlik – 0,5-10 Hz
  •  Soyutma sistemi – su + hava + yarımkeçirici
  •  Başlıq temperaturu – 0~30C
  •  Cihazın ölçüsü – 50*44*110 sm
  •  Qablaşdırma ölçüsü – 57*60*117 sm
  •  Xalis çəkisi – 57 kq
  •  Ümumi çəkisi – 75 kq
  •  Qablaşdırma – aluminium qablaşma
  •  Gərginlik – 220V / 110V
This error message is only visible to WordPress admins

Error: No feed found.

Please go to the Instagram Feed settings page to create a feed.

×