Təsvir
Sapphire Q-Switch xüsusiyyətləri
Bu kiçik ölçülü və portativ cihaz piqment çöküntülərinin aradan qaldırılması, rəngli tatuların silinməsi, yaşla əlaqədar yaranan piqment, ləkə və doğumdan sonrakı ləkələrin aradan qaldırılması, dəri cavanlaşdırılması, dodaq və göz tatularının silinməsi üçün istifadə olunur.
Q-Switch ND YAG lazer xüsusi lazer dalğa işıqlarını yüksək enerjiyə çevirərək onların piqment tərəfindən sorulmasını təmin edir. Nəticədə piqment kiçik hissələrə parçalanır; onların bir hissəsi dəridən bayıra çıxır, qalan hissəsi daha kiçik hissələrə bölünərək faqositlər tərəfindən udulur və limfa sistemi tərəfindən xaric edilir.
Xüsusiyyətləri
– Q-Switch ND YAG lazerdir;
– Tək atışda enerji dəyəri 400mj olur;
– 2 başlığı var-1064 nm və 532 nm;
– Ölçü və proqram təminatı baxımından portativ və rahatdır;
– Alarm qoruma sisteminə malikdir. Bu sistem su axıtma və su temperaturu ilə bağlı problemləri aşkar edir. Cihaz işə salınan zaman əgər su axıtma problemi varsa, o zaman avtomatik olaraq bütün proseslər dayanır və siqnal verir. Siqnal suyun olmaması, az suyun qalması, su dövriyyəsinin düzgün olmaması ilə bağlı olur və həm cihazı, həm də cihazdan istifadə edən şəxslə pasiyenti risklərdən qoruyur. Su temperaturu ilə bağlı problem olan zaman da cihaz dayanır və siqnal verir. Bu problem əsasən cihaz davamlı işləyəndə və ya otağın temperaturu yüksək olanda ortaya çıxır. Suyun temperaturu 55 dərəcədən çox olduqda, cihaz bütün prosesləri dayandırır. Bu səbəbdən zavod cihazın suyunun temperaturunu 55 dərəcədə tənzimlənmiş formada istehsal edir.
Sapphire Q-Switch maraqlı və diqqətçəkən başlığa malikdir. Bu başlıqda ABŞ istehsalı, tez və rahat quraşdırılan “plug and play” quraşdırma mexanizmi var. Həmçinin ABŞ texnologiyası olan bir-birindən ayrı su və elektrik sisteminə malikdir ki, bu da potensial təhlükələri və qəzaları minimuma endirir.
Başlıqların funksiyaları
– 532 nm başlıq bütün rəng tatuların silinməsində istifadə olunur.
– 1064 nm başlıq əsasən qara və qəhvəyi rəngli tatuların silinməsi üçün uyğundur.
– Dairəvi formada olan 1064 nm başlıq isə istəyə uyğun sifariş oluna bilər ki, o da əsasən bütün üzdə cavanlaşma, dərinin yenilənməsi, üz və bədəndə dəri ağardılması üçün istifadə olunur.