PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

Cryo+

Qiyməti:

Cryolipoliz cihazı ilə piy dondurulması proseduru kliniki olaraq sübut olunub. Bu cihaz bədəni təhlükəsiz və effektiv formada şəkilləndirmək üçün arzuolunmaz piyləri dondurur, pasiyenti daha çətin və əziyyətli arıqlama metodu olan əməliyyatdan azad edir.

Daha Ətraflı Məlumat Üçün

Müraciət göndərildikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. 

25 Ay Daxili Kredit İmkanı

Ödənişsiz Təlim və Sertifikat

Ödənişsiz Çatdırılma və Quraşdırılma

Zəmanətli Xidmət və Təmir

Komplekt İşçi Otağı Seti Hədiyyə

Təsvir

Cryolipoliz cihazı ilə piy dondurulması proseduru kliniki olaraq sübut olunub. Bu cihaz bədəni təhlükəsiz və effektiv formada şəkilləndirmək üçün arzuolunmaz piyləri dondurur, pasiyenti daha çətin və əziyyətli arıqlama metodu olan əməliyyatdan azad edir.

Bir çoxumuzda inadkar və arzuolunmaz elə piylər var ki, pəhrizimizə diqqət etməyimizə idmanla məşğul olmağımıza baxmayaraq, onlardan azad ola bilmirik. Cryolipoliz cihazı xüsusi texnologiyası sayəsində nəzarət olunan soyutma sistemini tətbiq edir və nəticədə məhz arzuolunmaz piy hüceyrələrini hədəfləyərək məhv edir. Nəticədə zaman keçdikcə ölmüş piy hüceyrələri azalaraq yox olur. Ölmüş piy hüceyrələri bədəndə itdikcə bədən şəkilləndirmənin nəticələri göz önündə olur.

Cihazın təqdim etdiyi üstünlüklər nələrdir?

İnnovativ öncədən isitmə (Preheating) rejimi: bu rejim qan dövranını və metabolizmini sürətləndirir və əl masajını əvəz edir.

İnteqrasiya olunmuş sistem: müxtəlif bədən hissələrinə tətbiq etmək üçün vakum, dondurma və infraqırmızı işıq texnologiyası – üçü bir sistemə bağlı 3 erqonomik başlığa malikdir (220*80 mm, 160*60 mm və 130*50 mm)

Pasiyentlərə fərdi yanaşma: 37-42 dərəcə istilik verən infraqırmızı işıq qan dövranını sürətləndirir. İmpulslu vakum funksiyası bədənin hədəflənmiş hissəsini masaj edir və soyumanı təmin edir. Tədricən olan sorma və buraxma funksiyası vakum prosedurlarından fərqli olaraq daha effektiv və komfortludur. Cihazda prosedur vaxtı tamam olduqdan sonra 1 dəqiqəlik siqnal funksiyası mövcuddur. Pasiyentin əlində tutacağı stopper ona narahatlıq anında proseduru dayandırmaq imkanı verir.

Hər başlıqda 4 ədəd 2 qatlı soyutma çipi olur ki, bu da temperaturun -18 dərəcəyə qədər düşməsini təmin edir. Amma temperaturun -11 dərəcəyə salınması kifayət edir. Bazardakı analoji məhsullarla müqayisədə daha uzunömürlü bir cihazdır.

İkiyə ayrılmış idarəetmə sistemi sayəsində cihazın işləkliyi daha uzunmüddətli olur (iki kanal üçün ikili nasos və enerji təchizatı sistemi)

Xarici filterlər və özünü təmizləyən sistem cihazın tez-tez texniki baxışa və təmizlənməyə olan ehtiyacını azaldır.

Cihaz yüksək Avropa təhlükəsizlik standartına sahibdir.

Reviews

Hələ heç bir reytinq yoxdur.

“Cryo+” haqqında ilk şərh yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Bu Məhsulda Sizə Özəl Endirim Var

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik