PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

CAVİ RF

Qiyməti:

CAVİ RF ultrasəs kavitasiyası, vakuum və radio tezliyi qaldırma dəstəyi ilə kosmetik kombin. Fizioterapiya kompleksi bədən və üz üçün prosedurları həyata keçirməyə imkan verir, cavanlaşma, çəki itirmək, bədən quruluşu üçün proqramlarda istifadə olunur. CAVİ RF cihazını Azestetik saytında sərfəli qiymətə və ən sərfəli şərtlərlə sifariş edə bilərsiniz.

Daha Ətraflı Məlumat Üçün

Müraciət göndərildikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. 

25 Ay Daxili Kredit İmkanı

Ödənişsiz Təlim və Sertifikat

Ödənişsiz Çatdırılma və Quraşdırılma

Zəmanətli Xidmət və Təmir

Komplekt İşçi Otağı Seti Hədiyyə

Təsvir

Qısa vaxt ərzində hətta, ilk prosedurdan sonra belə nəzərə çarpacaq fərq, ağrısız, diskomfortsuz, əlavə xərclər olmadan uğurlu prosedur… İstər arıqlama, istər bədən şəkilləndirmə və ya üz gərmə olsun, bu cihaz hamısı üçün effektivdir.

Ən qabaqcıl RF texnologiyası və radio tezliyinə malik olan bu cihaz eyni zamanda istifadəsinin rahatlığı, resurs sayının sonsuzluğu sayəsində limfanın və qan dövranının yaxşılaşmasına, hüceyrələrdən və hüceyrə arası boşluqlardan toksinləri və artıq mayeni aradan qaldırmağa, toxumaların düzgün bəslənməsini və normal metabolik proseslərin axını təmin etməyə kömək edir.

  • Cihaz 5 başlıqdan ibarətdir və hər başlıq fərqli funksiyaları yerinə yetirir:
  • Kavitasiya başlığı,
  • Üz və kiçik nahiyələr üçün vakuum RF başlığı
  • Vakuum + Bipolyar RF başlığı,
  • Tripolyar RF başlığı,
  • Bədən RF başlığı,üz RF başlığı

 

Cihazın təqdim etdiyi üstünlüklər nələrdir?

İstifadənin rahatlığı: Bu xüsusiyyət kadrın işi tez öyrənməsini və əvəzolunmaz olmamasını təmin edir. Beləliklə, şirkət üçün kadrdan asılılıq halı yaranmır. Əlavə olaraq cihazdan istifadə edəcək şəxsin xüsusi biliklərə və ya ali təhsilə sahib olmasına ehtiyac yoxdur. Prosedurlar qansız və ağrısız olduğu üçün risk daşımır.

Resurs atış sayı yoxdur: Bu xüsusiyyət avadanlığın istifadəsini daha gəlirli edir və sonsuz sayda prosedur həyata keçirməyə zəmin yaradır.

Gəlirli biznes üçün idealdır: Qiymətin çox ucuz olması, prosedurlara normal qiymətlərin təyin olunması və prosedurlar üçün ciddi xərclərin tələb olunmaması cihaza ödənilən pulun qısa vaxt ərzində qayıtmasını təmin edir.

 

Başlıqların funksiyaları və iş prinsipləri

Vakum başlıqları: Prosedur bədənin bütün problemli sahələri üçün tətbiq olunur. Bir seansdan sonra belə dərinizin hamarlığı və elastikliyini hiss edəcəksiniz. Zamanla əzələ gərginliyi və narahatlıq, bel ağrısı yox olur, şişkinlik azalır ki, bu da idmanla və ya fiziki işlə fəal məşğul olanlar üçün çox vacibdir.

Kavitasiya başlıqları: Yağ hüceyrələrinin (adipositlər) içərisində ultrasəs təsirinə cavab olaraq kiçik bir kürəcik meydana gəlir və tədricən böyüyür. Adiposit şişir, hüceyrənin membranı (divarı) təzyiqə tab gətirə bilmir və nəticədə qırılır.

Adiposit məhv edilir və hüceyrənin içərisində olan bütün strukturlar çürümə qalıqlarına (triqliseridlərə) parçalanır, limfa və qan damarlarına daxil olur, sonra qaraciyərə gedir və qlükozaya – hər hansı bir bədən hüceyrələri üçün enerji substratına parçalanır.

RF başlıqları: Yüksək tezlikli cərəyanlar epidermisi keçərək dermaya (üzün kollagen-elastin çərçivəsi) və hipodermaya (dərialtı yağ) təsir göstərir. Tədricən bəzi funksiyalarını itirmiş, solğun, sallanan, qırışmış dəridə isinmə ilə əlaqədar olaraq qan və limfa axını artır, maddələr mübadiləsi aktivləşir, fibroblastların(onlar kollagen və elastin liflərinin prekursorları olan maddələr, hialuronik turşu, fibrinlərdir) işi bərpa olunur.

Reviews

Hələ heç bir reytinq yoxdur.

“CAVİ RF” haqqında ilk şərh yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Bu Məhsulda Sizə Özəl Endirim Var

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik