Search
Close this search box.

PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

Melisa Cryo RF İki Başlıqlı

Melisa CRYO PLUS RF cihazı, bədənin ümumi görünüşünü yaxşılaşdırmaq və dərini cavanlaşdırmaq üçün mükəmməl bir seçimdir. Dəri sıxlaşdırmabədən şəkilləndirmə məqsədləri üçün bu cihaz  müasir və etibarlı vasitələrdən biridir. Müştərilərinə daha hamar və cavan dəri ilə bədənin formalaşdırılmasını təmin etmək istəyən mütəxəssislər üçün Melisa CRYO PLUS RF ideal bir həlldir.

Melisa CRYO PLUS – Arıqlama cihazı

Melisa CRYO PLUS cihazı, müasir texnologiyalarla təchiz olunmuş bir arıqlama cihazı olaraq, lokal piy yığılmaları ilə mübarizədə effektiv və təhlükəsiz nəticələr təqdim edir. Bu cihaz, uzunmüddətli nəticələr və bədəni formalaşdırma məqsədilə geniş istifadə olunur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Fiona Diode Lazer Cihazı

Fiona lazer cihazı, klinikalar və mütəxəssislər tərəfindən geniş istifadə olunur və faydalı, uzunmüddətli nəticələr verir. Lazer cihazı seçimi edərkən, həm müasir texnologiyaları, həm də təhlükəsizliyi təmin edən Fiona cihazı ideal seçimdir.

Ice X Fraksional Lazer Cihazı

ICE X lazer cihazı, həm mütəxəssislərin, həm də pasiyentlərin etibar etdiyi bir texnologiyadır. Bu cihazın çoxfunksiyalılığı onu tibbi və estetik sahələrdə geniş istifadə olunan ən qabaqcıl lazer cihazlarından biri edir.

VHF – K5+

K5+ hər bir laboratoriyada ehtiyac duyulan tac və körpü, çıxarıla bilən və implant qutuları üçün dəqiqlik və sürəti verir.  VHF K5+ – uğur qazanmaq üçün düzgün seçim edin!

Vintex Emsculpt

Emsculpt – Elektromaqnit arıqlama qeyri-travmatik, yüksək enerji fokuslu elektromaqnit dalğa texnologiyasından istifadə edir. Elektromaqnit sahələrindən çıxan enerji davamlı şəkildə pasiyentin əzələlərini sıxaraq genişləndirir, əzələnin motor neyronlarını stimullaşdırır, həmçinin əzələlərin daxili strukturunu gücləndirir.

PlaxPot

Bu tibbi multi-plazma cihazı Plaxpot plazma qövsü (ucluğu) və plazma liftinq ucluqları sayəsində bir neçə funksiyanı yerinə yetirə bilir. Plaxpot cihazının sadə və erqonomik dizaynı cihazdan rahat istifadəni təmin edir.

Cryo+

Cryolipoliz cihazı ilə piy dondurulması proseduru kliniki olaraq sübut olunub. Bu cihaz bədəni təhlükəsiz və effektiv formada şəkilləndirmək üçün arzuolunmaz piyləri dondurur, pasiyenti daha çətin və əziyyətli arıqlama metodu olan əməliyyatdan azad edir.

VİNTEX

Vintex lazer epilyasiya cihazı çox rahat proqram təminatına malikdir ki, bu da lazeroloqun səhv etmək ehtimalını xeyli azaldır. Cihaz daxili modul dizaynı və çoxsaylı proqramlaşdırma dillərinə malik olduğu üçün quraşdırılması, istifadə edilməsi və texniki servis göstərilməsi çox asandır. Bütün bu detallar kadrın işi tez öyrənməsini və əvəzolunmaz olmamasını təmin edir. Beləliklə, şirkət üçün kadrdan asılılıq halı yaranmır.

17 funksiyalı kombayn

Gözəllik salonunda istifadə olunan bütün cihazları unudun! 17 Funksiyalı Kombayn kosmetoloji cihazı gözəllik sahəsində istifadə olunan bütün cihazlardan bir çox üstünlükləri ilə fərqlənir.

QUARTET

4 başlıqlı 5 funksiyalı cihaz olaraq Almaniya istehsalı olan epilyasiya lampası ilə təchiz olunmuşdur. Çoxməqsədli və funksional olan bu cihaz geniş tətbiq imkanına malikdir və effektiv prosedurlar üçün əlverişlidir.

A8

Bu universal cihaz optimal uzunluqda olan 808nm diod lazer şüası vasitəsilə tük follikullarının yerləşdiyi derma qatına nüfuz edərək arzuolunmaz tükləri yox edir. Lazer proseduru zamanı az enerji ilə tük follikulunda və onun ətrafındakı toxumalarda impulsların tez-tez təkrarlanmasından istifadə edilir. Lazer impulsu melanin tərəfindən sorulur və istilik enerjisinə çevrilir. Bu zaman temperatur 45 dərəcəyə qalxır və həm folekulun özünü, həm də ətrafındakı toxumaları qızdırır. Nəticədə tük follikulu tərəfindən sorulan istilik enerjisi onu məhv edir və yenidən böyüməsinin qarşısını alır.

ICE-X

Lazer Epilyasiyasında Qızıl Standart tək bir aparatda!

Ice X fərqli lazer dalğa uzunluğunu tək bir başlıqda birləşdirir və müxtəlif dərinliklərdə yerləşən tük folekullarını hədəfə alır. Bu cihazla fərqli dalğa uzunluğu sayəsində fərqli dəri və tük rənginə sahib olan pasiyentlərə ilin istənilən vaxtında rahatlıqla və təhlükəsiz şəkildə prosedur tətbiq etmək və maksimum effektivlik əldə etmək olur.

Global Fractional CO2

Texnologiya epidermisdəki dəri toxumasına nüfuz etmək və parçalamaq üçün lazer enerjisi mikroşüalarından istifadə edir. Lazer şüaları derma qatını hədəf alaraq ətrafdakı toxumalara zərər vermədən həmin ərazidə kiçik yaralar yaradır. Prosedurdan sonra bədən özü yaralar yaranan ərazidə yeni sağlam toxumalar yaradır və dəri öz-özünə sağalır. Prosedur nəticəsində çapıqlar daha açıq rəngdə və dərinin teksturası isə daha hamar olur, heç bir görünən yara qalmır və prosedurdan dərhal sonra makiyaj tətbiq etmək mümkündür.

Fraksional CO2 Lazer

Fraksion lazer cihazı ilə edilən prosedurlar dəri toxumasının yalnız bir hissəsini əhatə etdiyindən və yeni kiçik dəliklər üst-üstə düşmədiyindən, normal dərinin bir hissəsi olduğu kimi qalır, bu da dərinin bərpasını sürətləndirir. Pasiyentlər 4-5 gün ərzində normal həyata qayıda bilirlər. Prosedurun özü daha təhlükəsizdir və dərinin yenilənməsi, qırışların aradan qaldırılması üçün bütün bədənə tətbiq edilə bilər.

Vintex RF

Microneedle RF-liftinq aparat kosmetologiyasında yeni sözdür və cərrahi üz liftinqinə layiqli alternativdir. Vintex RF cihazı taxnalogiyanın bütün üstünlüklərindən tam istifadə etməyə imkan verir:

  • İynələrin nüfuz dərinliyinə və impulsların gücünə tam nəzarət etmək;
  • Yanma və hiperpiqmentasiya şəklində yan təsirlərin riskini aradan qaldırmaq;
  • Ağrısız rahat seanslar təmin etmək;
  • Prosedurdan sonra heyrətamiz cavanlaşdırıcı təsirə və dərinin sürətli bərpasına nail olmaq.

Azestetik şirkəti Vintex RF microneedle RF-liftinq sistemini istehsalçı qiymətinə almağı təklif edir. Biz müştərilər üçün eksklüziv əməkdaşlıq şərtlərini, o cümlədən gözəllik biznesiniz üçün marketinq dəstəyi hazırlamışıq.

CAVİ RF

CAVİ RF ultrasəs kavitasiyası, vakuum və radio tezliyi qaldırma dəstəyi ilə kosmetik kombin. Fizioterapiya kompleksi bədən və üz üçün prosedurları həyata keçirməyə imkan verir, cavanlaşma, çəki itirmək, bədən quruluşu üçün proqramlarda istifadə olunur. CAVİ RF cihazını Azestetik saytında sərfəli qiymətə və ən sərfəli şərtlərlə sifariş edə bilərsiniz.

RU-30 Vibromasaj

Vibrasiyalı masaj seansları zamanı yadda saxlamaq lazımdır ki, zaman keçdikcə vibrasiya intensivliyi artır və minimumdan dozaya qədər müddəti tədricən artırmalıyıq. Ən yaxşı nəticə əldə etmək üçün vibrasiya masajını tətbiq edərkən effektin dozasına xüsusi diqqət yetirməliyik.

  • Cihaz bütün bədəni və ya müəyyən bölgələri masaj etmək imkanı verir.
  • Cihaz masaj imkanlarını artıraraq 5 fərqli başlıqla təchiz olunub.
  • Xüsusilə boyun nahiyəsini işləmək üçün xüsusi qapaq var.
  • Cihaz təkcə yorğun və gərgin əzələləri deyil, həm də dərinin görünüşünü yaxşılaşdıraraq selülit əlamətlərini azaldır.
  • Müxtəlif dərinliklərdə işləmək üçün 3 müxtəlif ölçüdə masaj başlığı mövcuddur: daha böyük olanlar daha dərin və intensiv masajı təmin edir.
  • Masaj başlıqları manipulyasiyaya çox asanlıqla qoşula bilər.
  • Cihaz bütün bədəndə qan axını artırmaqla, gərgin əzələləri yumuşaldır, şişkinliyi azaldır və ümumi gərginliyi yaxşılaşdırmaqla sağlamlıq və canlılıq təmin edir.
  • Hərəkəti asanlaşdırmaq üçün cihaz fırlanan təkərlərlə təchiz edilmişdir.

Biz müştərilər üçün xüsusi əməkdaşlıq şərtləri və gözəllik biznesiniz üçün marketinq dəstəyidə veririk.

Vi̇ntex RF Mi̇croneedle

Mikro iynə RF liftinqi – dəriyə qulluqda yeni termin və cərrahi üz gərmə əməliyyatına dəyərli alternativdir. Vi̇ntex cihazı metodun bütün üstünlüklərindən tam istifadə etməyə imkan verir:

  • İğnələrin nüfuz dərinliyinə və zərbələrin gücünə tam nəzarət edin;
  • Yan təsirlərin, yanıqların və hiperpiqmentasiyanın qarşısını almaq;
  • Ağrısız və rahat seanslar təmin etmək;
  • Prosedurdan sonra möhtəşəm cavanlaşdırıcı təsirə və dərinin sürətli bərpasına nail olmaq üçün.
  • AzEstetik şirkəti sizə istehsalçı qiymətinə mikro iynəli RF qaldırıcı sistemi almağı təklif edir.

Biz müştərilər üçün xüsusi əməkdaşlıq şərtləri və gözəllik biznesiniz üçün marketinq dəstəyidə veririk.

Q-Switch

Sapphire Q-Switch neodim lazerlə işləyən yüksək texnologiyalı cihazdır. Cihazda alüminium-ittrium qranat kristallarından istifadə etməklə neodim ionları zənginləşdirilir. Rəqiblərindən fərqli olaraq, modelin üstünlüyü dərhal manipulada tək kristalın əvəzinə iki kristalın olmasıdır. Birinci kristal generator, ikincisi isə şüa gücləndiricisi kimi çıxış edir. Bu dizayn Sapphire Q-Switch -ə bu üstünlükləri verir:

  • – 3000 mJ-ə qədər yüksək güc.
  • – Həddindən artıq istiləşməyə qarşı müqavimət.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik