Search
Close this search box.

PDF Kataloqu
Yüklə

Həsən Əliyev k. 3 1002
Baku, Azerbaijan

+994(50) 227 20 93
+994(12) 599 10 90
Texniki dəstək/Satış

A8

Qiyməti:

Bu universal cihaz optimal uzunluqda olan 808nm diod lazer şüası vasitəsilə tük follikullarının yerləşdiyi derma qatına nüfuz edərək arzuolunmaz tükləri yox edir. Lazer proseduru zamanı az enerji ilə tük follikulunda və onun ətrafındakı toxumalarda impulsların tez-tez təkrarlanmasından istifadə edilir. Lazer impulsu melanin tərəfindən sorulur və istilik enerjisinə çevrilir. Bu zaman temperatur 45 dərəcəyə qalxır və həm folekulun özünü, həm də ətrafındakı toxumaları qızdırır. Nəticədə tük follikulu tərəfindən sorulan istilik enerjisi onu məhv edir və yenidən böyüməsinin qarşısını alır.

Daha Ətraflı Məlumat Üçün

Müraciət göndərildikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. 

25 Ay Daxili Kredit İmkanı

Ödənişsiz Təlim və Sertifikat

Ödənişsiz Çatdırılma və Quraşdırılma

Zəmanətli Xidmət və Təmir

Komplekt İşçi Otağı Seti Hədiyyə

Description

2021-ci il istehsalı olan A8 epilyasiya cihazı 2 fərqli sistem və 3 funksiyası ilə sahəsinin ən öndəgedən cihazlarından biridir və aşağıdakı başlıqları özündə birləşdirir:

  • Epilyasiya
  • Tatu silmə
  • Karbon pilinq

Bu universal cihaz optimal uzunluqda olan 808nm diod lazer şüası vasitəsilə tük follikullarının yerləşdiyi derma qatına nüfuz edərək arzuolunmaz tükləri yox edir. Lazer proseduru zamanı az enerji ilə tük follikulunda və onun ətrafındakı toxumalarda impulsların tez-tez təkrarlanmasından istifadə edilir. Lazer impulsu melanin tərəfindən sorulur və istilik enerjisinə çevrilir. Bu zaman temperatur 45 dərəcəyə qalxır və həm folekulun özünü, həm də ətrafındakı toxumaları qızdırır. Nəticədə tük follikulu tərəfindən sorulan istilik enerjisi onu məhv edir və yenidən böyüməsinin qarşısını alır.

Cihazın təqdim etdiyi üstünlüklər nələrdir?

Təhlükəsizdir: 808nm diod lazer işığı dərinin dərinliyinə nüfuz edir və digər lazerlərdən daha təhlükəsizdir, çünki dərinin epidermis qatındakı melanin piqmentindən yayına bilir.

Bütün dəri tiplərinə uyğunluq: Bu cihaz günəşdən qaralmış dəri də daxil olmaqla, bütün dəri tiplərinin tüklərdən azad olunması üçün uyğundur.

10 Hz təkrarlanma sürəti: 808nm diod lazer 10 Hz-ə qədər (saniyədə 10 impuls) təkrarlama sürəti ilə işləməyə imkan verir. Bel, qarın kimi bədənin böyük və geniş nahiyələrində sürətli epilyasiya üçün idealdır.

Ağrısızdır: Lazer başlığı kontakt soyutma sistemi ilə təchiz edilmişdir. -5 dərəcəyə qədər soyuyan başlıqla pasiyent demək olar ki, heç bir ağrı hiss etmir.

Rahat istifadə: A8 lazer epilyasiya cihazı çox rahat proqram təminatına malikdir ki, bu da ondan istifadə edənlərin səhv etmək ehtimalını xeyli azaldır. Cihaz daxili modul dizaynı və çoxsaylı proqramlaşdırma dillərinə malik olduğu üçün quraşdırılması, istifadə edilməsi və texniki servis göstərilməsi çox asandır. Bütün bu detallar kadrın işi tez öyrənməsini və əvəzolunmaz olmamasını təmin edir. Beləliklə, şirkət üçün kadrdan asılılıq halı yaranmır. Əlavə olaraq cihazdan istifadə edəcək şəxsin xüsusi biliklərə və ya ali təhsilə sahib olmasına ehtiyac yoxdur.

Cihaz hansı dəri tipləri üçün uyğundur?

Başlıqlar:

Diod lazer başlığı

A8 diod lazer epilyasiya cihazı rahat və ağrısız prosedurların icrası və arzuolunmaz tüklərdən birdəfəlik azad olmaq üçün ən son EAC və ECT texnologiyası ilə təmin olunmuşdur. O, bütün tük rəngləri və dəri tipləri üçün, o cümlədən qaralmış və tünd dərilər üçün ideal bir seçimdir. Diod lazer epilyasiya texnologiyası işığın və istiliyin selektiv dinamikasına əsaslanır. Orta güc, aşağı enerji sıxlığı və yüksək tezlik ilə mükəmməl Derma ICE epilyasiya texnologiyasıdır. Lazer şüası dəriyə yumşaq şəkildə nüfuz edir və tük follikuluna çatır. 808 nm dalğa uzunluğuna malik diod lazer cihazı tük follikulunun melanositlərinə təsir edir. Lazer şüası melanindəki tük follikulları tərəfindən udulur və istiliyə çevrilir, temperaturu yüksələn tük follikulları ətrafdakı toxuma zədələnmədən yox olur və tük tökülməsi baş verir. Cihazın prosedur müddəti qısadır: cəmi 15-20 dəqiqə ərzində mükəmməl nəticəyə nail olmaq mümkündür. Həmçinin, güclü soyutma sistemi dərini soyudaraq proseduru təhlükəsiz və rahat edir. Tezlik 1-10 Hz arasında tənzimlənir, enerji sıxlığı 1-120J/sm2-a bərabərdir. TEC+ soyutma sisteminə malikdir. Spot ölçüsü 14*22mm-dir.

Lazer gücü: 300W, 600W, 1200W seçimi var. Lazer barları ABŞ-dan idxal olunmuşdur. Atış isə 7ms-400ms arasında dəyişə bilir.

Tatusilmə başlığı

532/1064 nm-lik xüsusi dalğa uzunluğuna malik Nd YAG lazer “Selektiv Lazer Parçalanması” nəzəriyyəsinə uyğun olaraq dəriyə nüfuz edir, lazer dalğası xromatoforu bədən tərəfindən təbii şəkildə udula bilən parçalara ayırır və çillərin aradan qaldırılmasına nail olur. 1064 nm dalğa uzunluğu qara və mavi piqmentləri, 532 nm dalğa uzunluğu isə qırmızı, çəhrayı, bənövşəyi və qəhvəyi piqmentli tatuları parçalayaraq silir. Nəticədə yüksək intensivliyə malik olan enerjinin partlayıcı təsiri epidermis vasitəsilə piqment kütləsi olan dermis qatına nüfuz edir, piqment kütləsi sürətlə şişir və kiçik parçalara bölünür, daha sonra maddələr mübadiləsi sistemi vasitəsilə bədəndən xaric edilir.

Lazerin pik gücü adi YAG lazerindən iki dəfə çoxdur. Tatu piqmentlərini parçalamaq üçün dərinin altında çox dərinə nüfuz edir. Güclü enerji çıxışı sayəsində prosedur zamanı cüzi travma yaranır və sürətli bərpa baş verir. Cihazın başlığı yüngüldür və istifadəsi asandır.

Nd YAG Lazer nevus (doğum ləkəsi), yaşla əlaqədar yaranan ləkələri, çil kimi endogen piqmentlərlə bərabər ekzogen piqmentləri, yəni tatu, qaş, göz layneri, dodaq laynerini silmək üçün istifadə olunur. Karbon pilinq başlığı ilə edilən prosedur dərini dərindən təmizləyir, dəri məsamələrini kiçildir, qırışları aradan qaldırır, qocalmanın qarşısını alır və dərini ağardır.

Lazer növü Pico Q switch Nd YAG olan bu başlıqda dörd prosedur ucluğu var: Pikosecond, 1064 nm, 532 nm və karbon pilinq ucluqları. Atış enerjisi 0-2000 mj, tezlik 1-10 Hz, güc isə 1000 W-dır. Bu başlıq 2 milyon atış etmək iqtidarındadır. Enerji sıxlığı 0,1-0,6J/sm2, soyutma sistemi isə hava və su soyutmasıdır.

Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.
Müraciəti Göndərmək Üçün Aşağıda kı, Xanaları Doldurun.

Salam Biz Sizə Zəng Edib Daha Ətraflı Məlumat Verə Bilərik